Yığmamızın futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə Kubokunda növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, adıçəkilən komanda 4-cü təsnifat mərhələsində aşağı liqa klubu Kırşehir Belediyespor"u qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn meydan sahibləri 5-ci raunda yüksəliblər.

Namik Ələskərovun adı bu qarşılaşma üçün I liqa təmsilçisinin iştirak ərizəsinə salınmayıb.