"Mançester Yunayted" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo "Qızıl top" mükafatının 7-ci dəfə Lionel Messiyə verilməsiylə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu "bundan sonrakı ambisiyasının Lionel Messidən daha çox "Qızıl top"u qazanmaq olduğu" xəbərinə reaksiya verib.
O, şəxsi "instagram" hesabından etdiyi paylaşımda bunları deyib:
"Paskal Ferre yalan danışdı. O, özünü və işlədiyi nəşri tanıtmaq üçün mənim adımdan istifadə etdi. Və bu gün o, yenə də yalan danışaraq, mövcud olmayan karantinlə premyerada olmadığımı əsaslandırdı.
Paskal Ferre "Qızıl top"u Lionel Messidən daha çox alaraq futboldan getmək istədiyim barədə yalan danışıb. Adını yaymaq üçün məndən istifadə etdi. Belə bir yalan qəbuledilməzdir. Karyeramın ən böyük ambisiyası peşəkar futbolçu olmaq istəyənlərə örnək olmaq və adımı dünya futbol tarixinə qızıl hərflərlə yazdırmaqdır. Karyeramın əvvəlindən idmana və ədalətli oyuna əhəmiyyət verirəm. Mən həmişə qalibləri təbrik edirəm. Bütün diqqətimi “Mançester Yunayted”lə mövsümün qalan hissəsinə yönəltmişəm. Qalanı vecimə deyil”.