Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top"un sahibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi 7-ci dəfə "dünyanın ən yaxşısı" seçilib.
Xatırladaq ki, Messi daha əvvəl karyerası ərzində "Qızıl top"a 2009, 2010, 2011, 2012, 2015 və 2019-da sahib olub.