Almaniyanın Qərb Regional Liqasında 17-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Oberhauzen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Rüfət Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Şalke II” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.