Kiprin I Divizionunda XIX tura start verilib.

Offsideplus.az xəbər verir ki, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi doğma meydanda AEK-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Araz matça start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O sarı vərəqə almaqla yanaşı, qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.