Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb. 

Adıçəkilən komanda səfərdə “Spartanni” ilə qarşılaşıb və bu oyundan qələbə (3:1) ilə ayrılıb və 1/4 finala vəsiqə qazanıb.

Orxan Qurbanlı da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.