Mövsümün sonunda “Qəbələ”dən ayrılan Roman Qriqorçukun “Astana”ya təyinatı rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün yeni komandası ilə müqavilə imzalayıb. Ancaq sözləşmənin müddətinin və detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, "Astana" hazırda davam edən Qazaxıstan Premyer Liqasında 15 turdan sonra 37 xalla liderdir.
Xatırladaq ki, Qriqorçuk 2015-ci ilin yanvarından 2018-in yayına qədər (3,5 il) “Qəbələ”ni çalışdırıb.