“Qəbələ”dən ayrılan Roman Qriqorçuk bu gün “Astana”nın baş məşqçisi təyin olunacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə “goal.kz” saytı xəbər yayıb. İddiaya görə, ukraynalı mütəxəssis müqavilə bağlamaq üçün artıq Astanadadır. Bu gün keçiriləcək mətbuat konfransında Qriqorçukun komandanın yeni baş məşqçisi kimi təqdim olunacağı bildirilir.

Qeyd edək ki, 3.5 il “Qəbələ”ni çalışdıran Qriqorçukun adı uzun müddətdir “Astana” ilə hallanır.