Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa Ekstraklasasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

Millimizin üzvü də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 65-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb.