Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin də çıxış etdiyi “Keçiörengücü” doğma meydanda "Kocaelispor"la qarşılaşıb.
25 yaşlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Oyunda yeganə qolu isə "Kocaelispor"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu 81-ci dəqiqədə penaltidən vurub.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Keçiörengücü” turnir cədvəlində 4 xalla sonuncu pillədədir.