"Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını Qətərin "Al-Rayan" klubundan davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə ərəb klubunun rəsmi Tviter səhifəsi məlumat yayıb. Məlumara əsasən, futbolçu ilinə 3 milyon avro qazanacaq. 

Qeyd edək ki, bir neçə gün öncə "Al-Rayan" Xames Rodriqeslə müqavilə imzalamışdı.