Azərbaycan milli komandasının futbolçusu Namik Əlsəgərovun çıxış etdiyi "Bursaspor" dünən baş məşqçi Fatih Tekke ilə yolları ayırdığını açıqlamışdı. 

Offisdeplus.az xəbər verir ki, artıq Bursa təmsilçisinin yeni çalışdırıcısının adı məlumdur. 

Türkiyə mətbuatının yaydığı məlumata görə, "timsahlar" yaxın günlərdə Tamer Tuna ilə müqavilə imzalayacaqlar. 45 yaşlı mütəxəssis daha əvvəl "Sivasspor" və "Göztəpə"də çalışıb, onun son iş yeri isə "Antalyaspor" olub.