Tural Bayramlının yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Yunanıstanın "Pierikos" klubu ilə müqavilə imzalayıb.
Katerini təmsilçisinə keçidi ilə bağlı "instaqram" hesabında paylaşım edən Tural bu sözləri yazıb:
"Bu, xaricdəki ikinci təcrübəm olacaq və yeni komandamın Super Liqaya yüksəlməsinə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Yunanıstana köçməyimə görə mənə dəstək olan hər kəsə təşəkkürlər!".
Qeyd edək ki, Bayramlının son klubu "Zirə" olub. O, bundan əvvəl Latviyanın "Dauqavpils" klubunda legioner həyatı yaşayıb.