Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, İrlandiya ilə oyunun 89-cu dəqiqəsində fərqlənən 36 yaşlı forvard yığmada ən çox qol vuran oyunçu ünvanına yiyələnib.
Portuqaliya millisində 110-cu qolunu vuran futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu (109 qol) qırıb.