AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik UEFA-dan təyinat alıb.
Offsideplus.az xəbər verir ki, Ştuxlik dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Ukrayna oyununun hakim-inspektoru olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 1-də Nur-Sultan şəhərindəki Astana Arenada oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.