Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov "Finiks Rayzinq" klubu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən 30 yaşlı hücumçu bu sözləri yazıb:
"Son 2 ilimizi unudulmaz edən hər kəsə təşəkkür edirəm. Dilini bilmədiyin yeni ölkəyə köçmək qorxulu görünə bilər, lakin siz bizi ailə kimi qarşıladınız və mənə əsl qardaş oldunuz. Bunu heç vaxt unutmayacam, bu macəra üçün nə qədər minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Dadaşov Almaniyanın "Şalke" klubunun II komandasına keçib.