İtaliya "İnter"indən ayrılan Raca Nainqqolan karyerasını ölkəsi Belçikada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Antverpen"lə müqavilə imzalayacaq. Onun artıq klubun bazasında olduğu bildirilib.

Qeyd edək ki, Nainqqolan ötən mövsüm icarə əsasında "Kalyari"də çıxış edib.