“Barselona” klubunun sabiq futbolçusu Boyan Krkiç karyerasını Yaponiyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu “Vissel Kobe”yə keçib.
Onunla müddəti 2023-cü ilin yanvarına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, ispaniyalı forvard 2007-2011-ci illərdə Kataloniya təmsilçisində çıxış edib.