Polşa çempionatının 2-ci turunda "Visla" "Lexiya" (Qdansk) komandası ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Plok təmsilçisi bu oyunda uduzub. "Visla" David Kotsilanın 63-cü dəqiqədəki avtoqolu ilə məğlub olub: 0:1.
Meydana start heyətdə çıxan Krivotsyuk 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Visla” 2 turdan sonra hələ xal toplaya bilməyib və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.