İcarə müqaviləsi başa çatdığı üçün "Qarabağ"dan ayrılan Pedro Enrikeyə bir neçə ölkədən təklif var.
Offsideplus.az xəbər verir ki, müqavilə ilə PAOK-a məxsus olan braziliyalı futbolçunun xidmətində Meksika, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və öz ölkəsinin klubları maraqlıdır. Yunan klubu isə hələlik hücumameylli yarımmüdafiəçi ilə bağlı qərarını verməyib. PAOK rəhbərliyi 2020-ci ilə qədər müqaviləsi olan Enrikeni komandada saxlaya da bilər. Amma bunun üçün misirli futbolçu Amr Varda satılmalıdır. Əks halda PAOK təxminən 5 milyon avro qiymət qoyduğu Pedronu ya icarəyə verməli, ya da birdəfəlik satmalıdır.
Qeyd edək ki, "Qarabağ" Enrikeni mövsümün əvvəlində PAOK-dan 1 il müddətinə icarəyə götürmüşdü.