"Səbail"lə yollarını ayıran Nikolas Hagenin növbəti klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı qapıçı karyerasını Norveçin "Hamarkameratene" (HamKam) klubunda davam etdirəcək. Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir.
2020/21 mövsümündə “Səbail”də forma geyinən qolkiper “dənizçilər”in heyətində 27 oyuna çıxıb.