ABŞ birinci liqasında 14-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti görüşünə çıxıb.

Komanda səfərdə “San Dieqo Loyal”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Dadaşov cari mövsümdə çıxdığı 12 oyunda 3 qola imza atıb.