Rusiyanın ÇSKA klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva komandası Aleksey Berezutskiyə tapşırılıb. 39 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

ÇSKA klubunda Azərbaycan yığmasının qapıçılar üzrə sabiq məşqçisi Dmitri Kramarenko da çalışır.