Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi karyerası ilə bağlı açıqlama verib.

Offsideplus.az “sportowefakty.wp.pl” saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bir müddət əvvəl Polşa millisindən təklif aldığını açıqlayıb:

"Təxminən 3 il əvvəl Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Boniek mənimlə əlaqə saxladı, amma sonra başqa baş məşqçi ilə anlaşdılar. Albaniya millisindən ayrıldıqdan sonra maraqlı təklif gözləyirdim. Güclü komanda qurmaq, maraqlı futbolçularla işləmək istəyirdim. Polşa Futbol Assosiasiyasından zəng gələndə sevindim. Polşa millisində çalışmaq mənim üçün yaxşı təcrübə olardı, amma bu, alınmadı. Bunlar keçmişdə qalıb, indi müzakirə etməyin mənası yoxdur".