"Səbail"lə vidalaşan cənubi afrikalı futbolçu Hendrik Ekşteynin yeni klubu müəyyənləşib.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Cənubi Afrkanın "Orlando Pirates" klubunda oynayacaq. Artıq futbolçu ilə klub arasında ilkin razılıq da əldə edilib.
Qeyd edək ki, Hendrik Ekşteyn ötən ilin yanvarında "Sabah"dan "Səbail"ə keçid edib.