2015-2020-ci illərdə "Qarabağ"ın formasını geyinmiş Dani Kintananın yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Polşanın "Yagelloniya" klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2013-2015-ci illərdə də Polşa təmsilçisində çıxış edən ispaniyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, "Yagelloniya"da "77" nömrə altında oynayacaq.