"Finiks Rayzinq"in futbolçusu Rüfət Dadaşov zədələnib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a uduzduqları oyunda (1:2) xəsarət alıb. Sümüyü əzilən futbolçu, 59-cu dəqiqədə meydanı tərk etməli olub.

Ötən mövsüm 15 oyuna 11 qol vuran Dadaşov, bu sezon çıxdığı 8 oyunda 2 dəfə fərqlənib.