ABŞ birinci liqasında 9-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti görüşünə çıxıb.

Komanda səfərdə “San Dieqo Loyal” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub. Komandasının start heyətində meydana çıxan hücumçu 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edəkl ki, cari mövsümdə keçridiyi 8 oyunda 16 xal toplayan “Finiks Rayzinq” hazırda ikinci pillədə qərarlaşıb.