İsrail millisi ilə yoxlama oyunu Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, komandasının 4:0 hesablı qələbəyə sevindiyi qollardan birini məhz 35 yaşlı hücumçu vurub.

O, bununla da yığma komandanın heyətində vurduğu topların sayını 104-ə çatdırıb. Nəticədə Ronaldo millidəki qollarının sayına görə dünya rekorduna bir qədər də yaxınlaşıb.

Qeyd edək ki, millidə ən çox qol vuran futbolçu İran yığmasının keçmiş hücumçusu Əli Daeidir.