Madrid "Real"ının keçmiş futbolçusu Enzo Zidanın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Fransa ikinci divizion təmsilçisi "Rodez"ə transfer edilib. Onunla 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, E.Zidan "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidanın oğludur.