"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının oyunlarını buraxacaq.
Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib. Namaşko, iyunun 3-də Türkiyə millisi ilə matçda iştirak etməyəcək.
Qeyd edək ki, iyunun 6-da Kişineuda Moldova - Azərbaycan matçı keçiriləcək.