Azərbaycan millisi və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk ilə Polşa klubu maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə polşalı jurnalist Kşiştof Stanovski tvitter hesabında məlumat yayıb. Bildirilir ki, "Visla" klubu 23 yaşlı müdafiəçini heyətinə qatmağa çox yaxındır.
Qeyd edək ki, "Qarabağ"dan ayrılan Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilir.