Həmyerlimiz Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində səfərdə “Zimbru” ilə qarşılaşıb.

Qurbanlının komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Futbolçumuz da bu görüşün iştirakçısı olub. O, 85-cı dəqiqədə meydana buraxılıb.