Şotlandiyanın “Seltik” klubu futbolçusu Skott Braunla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qlazqo təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, 2007-ci ildən “Seltik”də çıxış edən Braun kapitanı olduğu komanda ilə 22 titul qazanıb.