Həmyerlimiz Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin şərəfini qoruduğu “Dinamo-Avto” bu gün ölkə çempionatının 32-ci turu çərçivəsində səfərdə “Sfintul George” ilə qarşılaşıb.

Qurbanlının komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Futbolçumuz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Qurbanlı 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.