Xavi Hernandes "Əl-Sədd" klubu ilə yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Qətər təmsilçisi ilə anlaşmasının müddətini 2023-cü ilədək uzadıb. Bu barədə klubun rəsmi saytı açıqlama verib.
Qeyd edək ki, ispaniyalı sabiq futbolçu 2019-cu ildən "Əl-Sədd" komandasının sükanı arxasına keçib.