ABŞ birinci liqasında yeni mövsümə start verilib.
Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də yeni mövsümdə ilk oyununa çıxıb.
Komanda doğma meydanda “San Dieqo Loyal” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 4:1 hesablı qələbəsiylə başa çatıb. Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 86-cı dəqiqədə əvəzlənib.
Bununla da 3 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.