Türkiyə 1-ci liqasında 33-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti oyununa çıxıb. 

Komanda səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. 

Araz Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.