Bir çox türkəsilli futbolçuların Almaniya millisini seçməsi zaman-zaman müzakirələrə səbəb olub.

Belələrindən biri də "Mançester Sti"nin ulduzu İlkay Gündoğandır. 

Offsideplus.az xəbər verir ki, 2011-ci ildən Almaniya millisinin şərəfini qoruyan yarımmüdafiəçi bu mövzuda açıqlama verib. O, "The Players Tribune"yə açıqlamasında bunları deyib: "Mənim üçün ən çətini seçmək etmək idi: Almaniya, yoxsa Türkiyə yığması? Çox düşündükdən sonra məlum qərarı verdim. Açığı, qərarımın hansı reaksiyalara səbəb olacağını düşünmürdüm. İndi ən çox Türkiyədə mənim nə qədər türk olduğumu soruşurlar. Amma Almaniya millisində oynamağım mənim türk olmadığım mənasına gəlmir. Gah tamamilə almaniyalı olduğumu deyirlər. Sonra da tamamilə türk olduğumu deyirlər. Bəs, mən kiməm?"

Qeyd edək ki, İlkay Almaniya millisinin heyətində 45 matçda 10 qol vurub.