Vaxtilə futbol üzrə milli komandamızın şərəfini qorumuş Branimir Subaşiç Bakıya səfər edib.

Lakin Azərbaycana gəlişi şəxsi büdcəsi hesabına olmayıb. Serbiya Futbol İttifaqıının nümayəndə heyətinin tərkibində gəlib.

Offsideplus.az xəbər verir ki, Subaşiç futbolun "daşını atandan" sonra bu sahədə çalışmayıb. Artıq neçə illərdir şəxsi biznesini inkişaf etdirməklə məşğuldur. Lakin Serbiya Futbol İttifaqının rəhbərliyi həmyerlilərinin vaxtilə Azərbaycan millisində çıxış etdiyini və burdakı nüfuzunu göz önünə alaraq onu xüsusi qonaq kimi paytaxtımıza gətiriblər. 

Branimir Bakıda boş dayanmır. Vaxtilə dostluq etdiyi insanlarla görüşür, fürsətdən istifadə edib AFFA-ya da baş çəkib.

Qeyd edək ki, 2007-2013-cü illər aralığında milli formasında 40 oyuna çıxan Subaşiç 7 qola imza atıb.