Futbol üzrə 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün Rumıniya ilə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Toni Kroosun ardınca Bundestimin müdafiəçisi Niklas Süle də zədələnib.  25 yaşlı müdafiəçinin sol budundə əzələ yırtığı aşkarlanıb. Bu səbəbdən yığmanın düşərgəsini tərk edib. O, martın 31-də Şimali Makedoniya ilə keçiriləcək görüşü də buraxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək Rumıniya -  Almaniya matçı saat 22:45-də start götürəcək.