Türkiyə 1-ci liqasında 27-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti oyununa çıxıb. 

Komanda səfərdə  “Ankaraspor”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1. 

Araz Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, hesabında 32 xalı olan “Boluspor”  12-ci pillədə qərarlaşıb.