Kiprin "Apollon" klubunun futbolçusu Donald Gerye səfərdə "Olimpiakos"la matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub.

Bununla da, 31 yaşlı haitili oyunçu cari komandasında 3-cü oyununda 2-ci dəfə fərqlənib.

2:0 hesabı ilə başa çatan oyunda "Apollon"un digər qolunu çempionatımızda çıxış etmiş daha bir futbolçu - Baqali Dabo vurub.