"Çelsi"nin sabiq ulduzu Maykl Essyeni atdığı addıma görə peşman ediblər.
Offsideplus.az xəbər verir ki, dünyaca məşhur sima Qanadakı LGBTG+ təşkilatına dəstək nümayiş etdirmək qərarına gəlib. O, "instaqram" səhifəsində post paylaşaraq bu sözləri qeyd edib: "Biz sizi görürük, biz sizi eşidirik, biz sizi dəstəkləyirik, bizim Qanadakı LGBTG+ təşkilatı".
Essyenin yazdıqları ciddi narazılığa səbəb olub. Həmin paylaşımın şərh bölməsində xeyli sayda təhqir və söyüşlərin yazıldığını görə Maykl çıxış yolunu postu silməkdə görüb. Hətta bir neçə nəfər Çempionlar Liqasının qalibinin özünün də gey olduğunu yazıb.
Qeyd edək ki, Qana prezidenti Nana Akufo-Addo ölkəsində həmcinslərin evlənməsinə imkan verməyəcəyini deyib. Fevralın 27-də isə Qana polisi LGBTG+ təşkilatının ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Bu ölkədə geylərin 3 il azadlıqdan məhrumetmə cəzasının qüvvədə olduğunu da xatırladaq.