Ukrayna Premyer Liqasında 16-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti oyununa çıxıb.

Kollektiv səfərdə “Vorskla” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:3.

Pavel Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Aleksandriya” 16 turdan sonra 22 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.