Fransa yığma komandasının sabiq üzvü Andre Pyer Jinyak Meksikanın “Tiqres” klubu ilə anlaşmasını yeniləyib.
Offsideplus.az klubub rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu müqavilənin müddətini 3 illik uzadıb.
Qeyd edək ki, 2015-ci ildən “Tiqres”də çıxış edən Jinyak 250 oyuna 147 qol vurub.