Bolqarıstanın köklü klublarından olan "ÇSKA Sofiya"nın başına gələn inanılmaz əhvalat ortaya çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda "saxta futbolçu" tələsinə düşüb. Belə ki, Qriqori Akselrod adlı futbolçu klubu aldadaraq, 1 milyon dollarlıq müqavilənin imzalanmasına müvəffəq olmaq üzrəymiş.
Ancaq onun bu əməlinin üstü elə sözləşmə imzalandıqdan qısa müddət sonra açılıb.
Sözügedən futbolçu "ÇSKA Sofiya"ya saxta CV göndərərək, özünün PSJ-nin əvəzedicilərdən ibarət komandasında oynadığını qeyd edib. Bununla belə Akselrod İngiltərənin "Norviç" və "Bornmut" klublarında baxışda olduğunu da bildirib.
"Hekayəsini" "Daily Mail" nəşrinə danışan "qəhrəman" Bolqarıstan klubunun baş məşqçisinin onu bəyəndiyini və komandaya dəvət etdiyini deyib.
Müqavilə imzalandıqdan sonra fotonu görən PSJ azarkeşləri onun yalançı olduğunu bildirib. "ÇSKA Sofiya" da dərhal onunla müqaviləsini ləğv edib.