Futbol üzrə Ukrayna Premyer Liqası qaldığı yerdən davam edir.
Offsideplus.az xəbər verir ki, dünən 14-cü turun oyunları keçirilib.
Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Pavel Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Aleksandriya” 14 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.