Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb.

Offsideplus.az xəbər verir ki, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub.

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.