Ermənistan milli komandasının baş məşqçisi Artur Petrosyan istefaya göndərilib.

Offisdeplus.az xəbər verir ki, bu barədə qərar Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşün nəticəsində qəbul olunub. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq. 

 Qeyd edək ki, Artur Petrosyan Ermənistan millisinə 19 oktyabr 2016-cı ildə baş məşqçi təyin olunub.